Dünya 18:58 10.03.2019

Rusiyada qarət olunan ev azərbaycanlı reperin dostunun imiş (YENİLƏNİB)

Rusiyada  martın 9-da "Bahh Tee” adı ilə tanınan azərbaycanlı reper Bəxtiyar Əliyevin evinin qarət edildiyi təsdiqini tapmayıb.

ONA-nın "Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, reperin konsert direktoru olan Vladimir adlı şəxs deyib ki,  yayılmış informasiya həqiqəti əks etdirmir.

O, B. Əliyevin Moskvanın Veernoy küçəsində ev kirayələmədiyini, evindən 4,2 milyon rubl oğurlanmadığını bildirib. Evi qarət edilən şəxs isə B. Əliyevin dostu olan məşhur bir artistdir. Ancaq  Vladimir  həmin artistin adını açıqlaya bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, həmin artist istəyərsə, bu barədə ictimaiyyətə məlumat verə bilər.
 
**** 
Rusiyanın Azərbaycan əsilli repçisi "Bahh Tee"nin (əsl adı Bəxtiyar Əliyev) Moskvanın Veyernaya küçəsində yerləşən mənzili qarət olunub.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə bazar günü hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

"Oğurluq martın 9-u günorta saatlarında baş verib. Mənzildən 4,2 milyon rubl (60 min 638 dollar) oğurlanıb", - deyə agentliyin həmsöhbəti bildirib.