Video 14:37 13.11.2018

Məşhur filmdən səhnə: azərbaycanlı komandir türk pilotu necə xilas etdi? (VİDEO)

Türkiyənin məşhur pilotu və təyyarə mühəndisi Vecihi Hürquş haqqında bədii film çəkilib.

Qaynarinfo xəbər verir ki, film tarixi əsasında çəkilən filmdə Birinci Dünya Müharibəsi vaxtı ruslara əsir düşərək, Nargin adasına gətirilmiş Hürkuşun azərbaycanlı bir komandirin köməyi ilə adadan qaçması səhnəsi də yer alıb.
 
Qeyd edək ki, tarixi faktlarda onun Nargin adasından azərbaycanlıların köməyi ilə qaçdığı və İrandan keçərək Ərzuruma getdiyi qeyd olunur.
 
Birinci Dünya Müharibəsində pilot lisenziyası alaraq 7-ci Təyyarə bölüyündə ruslara qarşı hərakata qatılan Vecihi bəy uğurlu kəşfiyyat və bombardıman uçuşları keçirib və bu arada girdiyi bir hava müharibəsində bir rus təyyarəsini vurub.

O, müharibə vaxtı təyyarə vuran ilk türk təyyərəçisidir.

Filmdən həmin hissələri ixtisarla sizlərə təqdim edirik:

 
Çingiz Səfərli