Dünya 12:02 12.05.2019

Məşhur fransız rejissor vəfat etdi

Fransalı rejissor Jan Kloud Brissou 74 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Rejissorun ölüm səbəbi hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, Brissou kariyerası ərzində çəkdiyi "Secret Things", "The Exterminating Angels", "White Wedding", "The Girl from Nowhere" və s. filmlərlə şöhrət qazanıb. Onun "Céline" filmi 42-ci Berlin Film Festivalında "Qızıl Ayı" mükafatına layiq görülüb.

Gülşən