İdman 10:59 29.12.2013

Məşhur futbolçu karyerasını başa vurdu


İngiltərənin "Barnet" klubunun oynayan-məşqçisi Edqar Davids futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Trend-in məlumatına görə, 40 yaşlı futbolçu hakimlərin yanlış qərarı nəticəsində tez-tez meydandan kənarlaşdırılması səbəbindən belə qərara gəldiyini deyib.

E.Davids karyerası ərzində "Ayaks", "Milan", "Yuventus", "İnter" və "Barselona" kimi klublarda çıxış edib. Hollandiya yığmasının sabiq futbolçusu Çempionlar Liqası, UEFA kuboku, UEFA Superkuboku və Qitələrarası kubokun qalibi olub.

Qaynar.info