İdman 23:06 16.12.2013

Məşhur futbolçu qəzaya düşdü


Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Caner Erkin avtomobil qəzası keçirib.

Qaynar.info
xəbər verir ki, hadisə Türkiyə saatı ilə 16:00 radələrində meydana gəlib.

Məlumata görə, Erkinin idarə etdiyi avtomobil yağış səbəbindən islanmış yoldan çıxıb.

Avtomobil ciddi şəkildə zədələnsə də, futbolçunun səhhətinin normal olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qaynar.info