İdman 15:31 01.06.2019

Məşhur futbolçu yol qəzasında öldü

İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında həlak olub.

Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, 35 yaşlı sabiq "Arsenal"lı İspaniyanın Sevilya şəhərində baş verən qəzada həyatını itirib. 

Qeyd edək ki, Xose Antonio Reyes kariyerasına "Sevilya" klubunda başlayıb, 2004-2007-ci illərdə "Arsenal"da çıxış edib. Reyes 2007-ci ildə "Atletiko Madrid"lə müqavilə imzalayıb. 2012-ci ildə "Sevilya"ya qayıdan futbolçu daha sonra  "Kordoba", "Xinjiang Tianshan Leopard" klublarında çıxış edib. O, yanvar ayında "Ekstremadura" ilə müqavilə imzalamışdı. 

Gülşən