İdman 14:37 17.12.2013

Məşhur futbolçular aparıcılıq edəcək


Məşhur futbolçular - Alan Şirer, Tyeri Anri, Hari Lineker, Rio Ferdinand, Klarens Zeedorf, Fil Nevill və Alan Yansen BBC telekanalında Dünya Çempionatının oyunlarını şərh edəcəklər.

Qaynar.info
-nun məlumatına aparıcılıq edəcək futbolçuların arasında ən son qatılan Tyeri Anri olub.

"Anri 4 dünya çempionatında çıxış edib və savadı və təcrübəsi ilə bizə kömək edə bilər. "Arsenal"da keçirdiyi illər ona Britaniya ictimaiyyəti içərisində rahat hiss etmək imkanı verəcək" deyə Lineker bildirib.

Anri də belə bir layihədə iştirak etməsindən məmnun olduğunu söyləyib: "Mən Lineker və BBC komandasına qoşulduğum üçün şadam".

Qeyd edək ki, Dünya Çempionatı 12 iyun-13 iyul tarixlərində Braziliyada keçiriləcək.

Qaynar.info