Foto 19:36 03.03.2019

Məşhur futbolçular Bakıda avtoqraf payladılar (FOTOLAR)

"Bakı 2019: Ulduzlar Finalı" adlı oyun üçün Azərbaycana gələn məşhur futbolçular - türkiyəli Nihat Kahveci və portuqaliyalı Dekunun iştirakı ilə imza mərasimi keçirilib.

Qaynarinfo report-a istinadən bildirir ki, paytaxtdakı "28 Mall"da təşkil olunan tədbirdə iki ulduz vətəndaşlarla yanaşı, turistlərə də imza paylayıblar.

Qeyd edək ki, "Bakı 2019: Ulduzlar Finalı"nda "Qərb Ulduzları" və "Şərq Ulduzları" komandaları qarşılaşıblar. Oyun qərblilərin 11:10 hesablı qələbəsi ilə başa çatıb.