İdman 14:59 10.12.2013

Məşhur futbolçular yadplanetlilərə qarşı mübarizə aparacaq - VİDEO


"Mançester Yunayted" və İngiltərə millisinin hücumçusu Ueyn Runi "Samsung Digital Spy" kompaniyasının reklam aksiyasına qoşulub.

Qaynar.info
-nun məlumatına görə, "Bavariya" klubunun fəxri prezidenti Frans Bekkenbauerbidlirib ki, Yer kürəsinin yadplanetlilərdən xilası üçün futbolçular rəqibə qalib gəlməlidirlər.

Aksiyaya "Barselona"nın hücumçusu Lionel Messi, "Monako"nun hücumçusu Radamel Falkao, "Bavariya"nın yarımmüdafiəçisi Mario Götze, "Real Madrid"in qapıçısı İker Kasilyas da qoşulublar.

Komandanın baş məşqçisi Bekkenbauer olacaq.

Qaynar.info