Video 10:55 27.07.2019

Məşhur futbolçunun oyun zamanı ayağı qırıldı (VİDEO)

Braziliyanın "Flamenqo" klubunun yarımmüdafiəçisi Dieqo Ribasın ayağı qırılıb.

Qaynarinfo xəbər verir ki, hadisə Libertadores Kubokunun "Emelek"lə (Ekvador) oyununda baş verib. Qarşılaşmanın 70-ci dəqiqədə ikili mübarizə zamanı Ribasın ayağı qırrılıb

34 yaşllı futbolçu ən azı bir mövsüm oynamayacaq. Onun karyerasını başa vuracağı ehtimalı da var.

Qeyd edək ki, Ribas "Portu", "Verder", "Yuventus", "Volfsburq", "Atletiko" (Madrid) və "Fənərbaxça" kimi klublarda çıxış edib.