Türkiyəli kardioloq Canan Karatay son illərin ən çox istifadə edilən və ucuz qiymətə satılan yeməyi dönərlə bağlı ciddi xəbərdarlıq edib.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, həkim ucuz satılan ətlərin tərkibində zərərli qatqı maddələri və palma yağl olduğunu bildirib.
"Bir məsəl var: ucuz ətin şorbası olmaz. Əgər bir yemək ucuzdursa, onun içində zərərli qatqı maddələri də var deməkdir. Toyuq dönərinə isə tamamilə qarşıyam. O heç toyuq əti də deyil. Ürəyiniz dönər istəyirsə, güvəndiyiniz və ucuz satılmayan yerlərə gedin" deyə, o, bildirib.
Şərhlər