phrase_var_qaynar. 14:46 10.09.2021

Məşhur hollandiyalı məşqçi karyerasını bitirdi

Məşhur Hollandiyalı mütəxəssis Qus Hiddink karyerasını bitirib.

Qaynarinfo xəbər verir ki, o, bu haqda xarici KİV-ə açıqlamasında bildirib. 75 yaşlı məşqçi futbolla birdəfəlik vidalaşdığını açıqlayıb. O, bu qərarı sonuncu dəfə çalışdığı Kurasao yığmasında uğur qazana bilməməsi və koronavirusa yoluxması ilə əlaqədar verdiyini deyib.

Niderland, Türkiyə, Rusiya və Cənubi Koreya Çinin U-21 və Kurasao yığmalarında çalışmış mütəxəssis PSV, "Fənərbağça”, "Valensiya”, "Real”, "Çelsi” və "Anji”də də baş məşqçi kimi fəaliyyət göstərib.
 
Baş məşqçi karyerası ərzində 822 matçda meydanda olan Hiddink, bu qarşılaşmalarda 469 qələbə qazanıb, 180 heç-heçə edib. 173 dəfə isə məğlubiyyət yaşayıb.

Səbuhi Həsənov

Oxşar xəbərlər