Məşhur kinoteatrı söküb, ticarət mərkəzi tikirlər (FOTOLAR)

Məşhur kinoteatrı söküb, ticarət mərkəzi tikirlər (FOTOLAR)

Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc"  kinoteatrı sökülmək üçün hasara alınıb.

Ərazidə yaşayan sakinlər unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.

Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.
 





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR