İdman 12:38 13.08.2017

Məşhur klubdan Arda Turana sürpriz təklif

"Barselona"dan ayrılacağı deyilən Arda Turana daha bir klub elçi düşüb. "Qaynarinfo" Fanat.az-a istinadən xəbər xəbər verir ki, türk futbolçunu "Roma" heyətinə qatmaq istəyir.

Bildirilir ki, yarımmüdafiənin hər iki cinahında oynaya biləcək futbolçu axtarışında olan İtaliya klubu Riyad Mahrezi heyətinə qatmaq istəmiş, amma "Lester" futbolçusunu buraxmaq istəməmişdi. "Roma" bundan sonra Arda Turana elçi düşüb. İtalyanların Arda üçün "Barselona"ya rəsmi təklif göndərməyə hazırlaşdığı deyilir. 

Qaynarinfo.Az