Foto 11:54 05.08.2018

Məşhur mafiya lideri və sevgilisi İstanbulda tutuldu (FOTOLAR)

"İnterpol" tərəfindən qırmızı bülletenlə axtarılan bolqar mafiya lideri Dimitar Zelyazkov sevgilisi və 6 adamı ilə birlikdə İstanbulda həbs edilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, cinayətkar lider İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən Bakırköy ərazisində yerləşən oteldə həbs edilib.
 
Polis şöbəsinə aparılan qrupun rəhbəri Zelyazkov həbsxanaya göndərilib, digər 6 nəfər Bolqarıstana deportasiya edilib və dərhal bolqar polisi tərəfindən həbs edilib. Mafiya tərkibinə daxil olan türk əsilli digər şəxs isə azadlığa buraxılıb. 

Bolqarıstanın Zelyazkovun ekstradisiyasını tələb etməsi gözlənilir.

Gülşən