phrase_var_qaynar. 12:45 05.10.2021

Məşhur məşqçinin yeni klubu bəlli oldu

Məşhur italiyalı baş məşqçi Klaudio Ranyerinin yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis İngiltərə klubu "Uotford"la anlaşıb. Bu haqda klub rəsmi məlumat yayıb. Açıqlamada Xisko Munozun gedişindən sonra boş qalan posta məhz Ranyerinin gətirildiyi bildirilib.  Bir neçə il öncə "Lester"lə İngiltərə çempionu olub Premyer Liqa tarixinə düşən Ranyeri ilə ikiillik müqavilə imzalanıb. Oktyabrın 16-da baş məşqçinin "Liverpul"la oyunda texniki zonada olacağı bildirilib.

Sonuncu dəfə ötən mövsüm İtaliya A Seriyasında "Sampdoria"nı çalışdıran Ranyeri "Çelsi", "Atletiko", "Roma", "Yuventus" və "İnter" kimi nəhənglərin də baş məşqçisi olub.

Səbuhi Həsənov

Oxşar xəbərlər