Dünya 15:05 06.12.2018

Məşhur milyonçunun qızı itkin düşdü

Yeni Zelandiyanın məşhur milyonçusu Devid Milleynin qızı Qreysi Milleyn itkin düşüb.

Qaynarinfo xəbər verir ki, 22 yaşlı qız bir müddət əvvəl tətilə çıxıb. Lüks məkan istəməyən Qreysi hostellərin birində qeydiyyatdan keçib.

Orda qalarkən sosial şəbəkə üzərindən ailəsi ilə tez-tez əlaqə saxlayan qızdan bir müddət sonra xəbər alınmayıb.

Sonuncu dəfə dostları ilə birgə əyləncə məkanlarının birində ad gününü qeyd edən Qreysini tapa bilməyən ailəsi bu haqda polisə məlumat verib.

Polis faktla bağlı araşdırmalara başlayıb. Onun harda olması barədə hələlik heç bir məlumat yoxdur.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!