Video 11:54 02.10.2019

Məşhur “Mimino”nun müəllifi öldü (VİDEO)

SSRİ xalq artisti 85 yaşlı gürcü bəstəkar Giya Kançeli Tiflisdə dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, çoxsaylı musiqilərin müəllifi uzun sürən xəstəlikdən sonra vəfat edib. 

"Interpressnews”in verdiyi məlumata görə, o son vaxtlar İsrail-Gürcüstan angioloji və kardioloji klinikasında müalicə alıb. 

Qeyd edək ki, Giya Kançeli Tiflis konservatoriyasında təhsil alıb. 1972-ci ildən Şota Rustaveli adına Dövlət akademik teatrında musiqi bölməsinin müdiri, həmçinin Gürcüstan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışıb. "Mimino” da daxil olmaqla bir sıra sovet filmlərini üçün mahnı bəstələyib.

Alpər