Foto 12:30 30.11.2019

Məşhur model ərindən 15 milyon dollarlıq hədiyyə aldı (FOTOLAR)

Türkiyənin tanınmış aparıcısı, model Ebru Şallının biznesmen həyat yoldaşı Uğur Akkuş ona ABŞ-ın Beverli-Hillz şəhərində 15 milyon dollarlıq malikanə alıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 ay öncə ailə həyatı quran cütlük Ancelina Coli. Cenefer Lopez və Madonna kimi məşhur sənətçilərlə qonşu olub. Malikanədə 12 otaq, 2 hovuz, xüsusi idman zalı və tenis meydançası var.

Qeyd edək ki, toydan öncə isə həyat yoldaşı məşhur modelə 200 min lirəlik üzük və İstanbulun Bebek səmtindəki 1 milyon dollarlıq villasının kupçasını hədiyyə etmişdi.
 
Camal