Foto 17:47 04.06.2018

Məşhur model narkotik "kraliçası" çıxdı: həbs edildi (FOTOLAR)

Avstraliyanın məşhur modellərindən olan Nateşa Barlinin qeyri-qanuni dərman və narkotik şəbəkəsinin rəhbəri olduğu aşkarlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şəbəkə Sidneydən ölkənin fərqli yerlərinə narkotik satışı ilə məşğul olub. 23 yaşlı Barlinə onun 24 yaşlı sevgilisi Dilan Şau köməklik göstərib. 

Cütlük törətdikləri cinayəti etiraf edib və şəbəkə barədə əlavə məlumat verib. 

Barlin və Şau dərmanları Çin və Filippindən qanunsuz və ucuz qiymətə alıb. Onlar barədə yekun hökm 26 iyunda veriləcək.

Gülşən