Maqazin 19:31 23.03.2019

Məşhur müğənni evlənir

Yeni Zelandiyanın məşhur müğənnisi Lord ailə qurmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, iki dəfə "Qremmi” mükafatını qazanmış 33 yaşlı sənətçi sevgilisi Castin Uorrenlə nişanlanıb. 

Qeyd edək ki, Lord və Castinin sevgili olması barədə ilk xəbər 2016-cı ildə üzə çıxıb. O zaman paparazzilər cütlüyü Oklend yaxınlığındakı çimərlikdə lentə almışdılar. Castin Uorren"Universal Music” şirkətinin direktorudur.