Dünya 10:22 09.09.2017

Məşhur müğənni helikopter qəzasında öldü

Məşhur amerikalı müğənni Troy Centri helikopter qəzasında dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Medforddan Nyu Cersidə keçiriləcək konsertə yola düşən Centrinin olduğu helikopter qəzaya uğrayıb. Müğənni ilə birlikdə helikopterdə olan şəxsin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

"Montgomery Gentry" qrupunun yaradıcısı olan Troyun 50 yaşı var idi.

"Country" musiqi janrı ilə məşğul olan qrupun "Where I come from", "Something to be proud of" kimi məşhur mahnıları var.

Gülşən

Qaynarinfo.Az