Foto 10:17 26.10.2018

Məşhur müğənni İslam dinini qəbul etdi (FOTO/VİDEO)

İrlandiyalı müğənni Şineyd O Konnor İslam dinini qəbul edib.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

Ötən il adını Maqda Davitə dəyişən müğənni bildirib ki, hazırda onun adı Şuhadədir. Yeni ad tərcümədə "şəhid" deməkdir: "Bu, istənilən ağıllı ilahiyyatçının yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır və bu o deməkdir ki, bütün digər dini kitablar artıqdır. Mənim yeni adım Şuhadədir".

Nəşr həmçinin qeyd edib ki, O Konnor ötən cümə günü videogörüntü yayıb. O, videogörüntüdə azan oxuyur.