Dünya 14:32 28.03.2018

Məşhur müğənninin konsertindən sonra atışma: ölən və yaralananlar var

Türkiyənin tanınmış müğənnisi Hande Yenerin Ankaranın Ortaköy səmtində səhnə aldığı konsertdən sonra atışma olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı sənətçi məkandan ayrıldıqda yarım saat sonra salon naməlum şəxs tərəfindən gülləbaran edilib. Buna səbəb atəş açan şəxsi mühafizəçilərin konsert salonuna buraxmaması olub. O da bundan əsəbiləşərək ətrafa atəş açmağa başlayıb.
 
Hadisə nəticəsində 2 nəfər yaralanıb, avtomobillərə nəzarət edən 1 nəfər isə həyatını itirib.