Ekonomiks 13:06 15.03.2018

Məşhur neft şirkəti adını dəyişir

Məşhur Norveç neft şirkərti "Statoil" adını dəyişdirir.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, sosial mediada yayımlanan videoda şirkətin adının "Equinor"la əvəzlənəcəyi qeyd olunub. "Equinor" sözünün birinci hissəsi bərabər, bərabərlik mənasını berən "equi", yəni "equal", ikinci hissəsi olan "Nor" isə "Norway", yəni Norveç sözündəndir.

Norveçin Neft və Enerji naziri Terje Soeviknes açıqlama verib ki, qərar şirkətin energetika sektorundakı qlobal inkişafının təzahürüdür.

Qeyd edək ki, 2030-cu ildə "Statoil"in ümumi kapitalının həcminin 15-20% artması gözlənilir.

Gülşən