İdman 12:22 28.09.2021

Məşhur niderlandlı ABŞ klubundan qovuldu

ABŞ-ın MLS Liqasında çıxış edən "Kinsinnatti"nin baş məşqçisi Yap Stam postundan göndərilib.
 
Qaynarinfo xəbər verir ki, bu haqda klubdan bildirilib. Açıqlamada məşhur niderlandlı sabiq futbolçu ilə zəif nəticələrə görə yolların ayrıldığı vurğulanıb. 49 yaşlı veteranın rəhbərlik etdiyi komanda son 7 oyunda 6 məğlubiyyətlə üzləşib və 14 iştirakçı arasında 13-cü sırada yer alıb.

Stam, daha öncə "Ridinq", "PEC Zvolle" ve "Feyenoord"u da çalışdırmışdı.
 
Səbuhi Həsənov