Dünya 10:49 25.05.2019

Məşhur Nobel mükafatçısı öldü

Amerikalı fizik, Nobel mükafatçısı Marri Qel-Man 90 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, Santa-Fe İnstitutu bu barədə rəsmi "Tvitter" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, məşhur fizik Nobel mükafatını 1969-cu ildə alıb. Qel-Man bu mükafatı "Elementar hissəciklərin sinifləndirilməsi və onların qarşılıqlı fəaliyyətinə görə" adlı araşdırmasına görə layiq görülüb.