Ölkə 11:40 30.05.2018

Məşhur qadın hakim təqaüdə göndərildi: son cinayət işinə baxdı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.

1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 - 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 - 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007 - 2011) hakimi olub.