Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.
Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaqla, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.
Hazırda “Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyət göstərir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.
Qəzetin əməkdaşları - Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.
Onların əksəriyyəti hələ də işsizdirlər. Saytın redaktoru Səbinə Əvəzqızı isə hazırda lent.az saytında fəaliyyətini davam etdirir.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova zənglərə cavab vermədiyi üçün məsələyə münasibət öyrənə bilmədik.
Qaynar.info
Şərhlər