Dünya 13:12 14.06.2018

Məşhur rejissor vəfat etdi

Rusiyalı rejissor Stanislav Qovoruxin vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin verib. 

83 yaşlı Qovoruxin Dövlət Dumasının Mədəniyyət komitəsinin sədri idi.

Qeyd edək ki, rejissor "Görüş yeri dəyişdirilə bilməz", "Vertikal", "Böyük Eranın sonu", "Voroşilov snayperi" və s. məşhur filmlərin rejissoru idi.

Bir müddətdir xəstəlikdən əziyyət çəkən rejissorun ölüm səbəbi barədə məlumat verilmir.

Gülşən