Dünya 10:13 08.09.2018

Məşhur reper evində ölü tapıldı

Mak Miller adı ilə tanınan amerikalı reper Malkolm Ceyms Makkormik Kaliforniyadakı evində ölü tapılıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, reperin artıq dozada narkotik qəbulundan öldüyü deyilir. Lakin tibbi ekspertiza hələ rəyini açıqlamayıb. 

26 yaşlı Mak Miller may ayında narkotik maddə istifadə edərək avtomobil idarə etdiyi üçün həbs edilmişdi. 
 
Qeyd edək ki, 2010-cu ildən bəri tanınmağa başlayan Millerin 2011-ci ildə çıxartdığı "Blue Slide Park" albomu böyük uğur qazanmışdı.

Gülşən