Video 09:17 23.12.2021

Məşhur serialda Azərbaycan mahnısı səsləndi (VİDEO)

Reytinqlərdə ilk sırada yer alan "Masumlar apartmanı" serialında Azərbaycan mahnısı səslənib.

Qaynarinfo xəbər verir ki, ekran işində musiqisi və sözləri musiqiçi Azər Cırttana məxsus "Niyə belə uzundur bu yollar" mahnısı ifa olunub.

Bəstəni azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan "No land" qrupu oxuyub.

Qeyd edək ki, serialın baş rollarını Ezgi Mola, Birkan Sokullu, Merve Dizdar paylaşır.