Foto 09:00 23.01.2018

Məşhur şirkət stüardessaların geyiminə görə hədəfə çevirildi (FOTO/VİDEO)

Malaziyanın ən böyük hava yolu şinkəti olan "AirAsia" stüardessaların geyiminə görə problemlə üzləşib. Qaynarinfo xəbər verir ki, stüardessaların geyiminin qısa olması səbəbindən şirkətlə bağlı çoxsaylı şikayətlər edilib.

Şikayətlərdən birində qeyd edilir ki, stüardessaların paltarları çox qısadır, onların alt geyimləri və sinələri açıq-aşkar görünür. Bir qadın sərnişin isə hətta stüardessalardan birini döyüb. 

Yeni Zellandiyadan Dr. June Robertson adlı vətəndaş isə malaziyalı senator Hanafi Mamata göndərdiyi şikayət məktubunda hava yolu şirkətini "Malaziyanın etibarını məhv etməkdə" günahlandırır. O, stüardessaların geyiminə görə özünü narahat hiss etdiyini bildirib.

Başqa bir sərnişin Kuala Lumpur hava limanındakı marketdə alış-veriş edərkən "AirAsia" stüardessalarından birinin alt paltarının göründüyünü bildirərək şikayət edib.

Aydın