Dünya 11:53 06.06.2020

Məşhur tele-aparıcının jurnalist xanımı intihar etdi - KİV

Televiziya aparıcısı Andrey Norkin kədərli xəbəri açıqlayıb – onun həyat yoldaşı, radio aparıcısı Yuliya Norkina dünyasını dəyişib. Mərhumla yaxınlığı olan qadınlar hələ də mətbuatla əlaqə qura və faciə ilə bağlı təfərrüatları açıqlaya bilmirlər. Məlumata görə, ölümün səbəbi infarkt olub, amma başqa versiyalar da var.

Bu haqda Qaynarinfo "StarHit”ə istinadla məlumat verir. Məlumata görə, mediada infarkt barədə xəbərlər fonunda Norkinanın ehtimal olunan ciddi xəstəliyi barədə məlumatlar ortaya çıxıb. İndi əsl səbəb, nəşrə görə aydın olur: intihar.

"Deyirlər ki, onu bu çıxılmaz addıma sövq edən dəhşətli bir xəstəlik diaqnozudur", - nəşr yazır.

Bu deyilənlərin təsdiqlənməsi ilə bağlı nəşr məlumat əldə etməyib.
 
Alpər