Sənət 11:23 09.06.2020

Məşhur türk aktrisası vəfat etdi

Məşhur türk aktrisası Ayşegül Atik dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, 72 yaşlı aktrisa ürəktutmasından vəfat edib.

Qeyd edək ki, A.Atik 1948-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulub. O, Ankara Universiteti Dövlət Konservatoriyasının "Teatr” ixtisasını bitirib. Film və teatr oyunçusu olan A.Atika "Ən son atalar eşidər” və "Döz ürəyim” serialları ilə məşhurluq qazanıb.