Sənət 09:33 28.06.2019

Məşhur türk aktyor Bakıya gəldi (FOTO)

Türkiyənin məşhur "Savaşçı" filminin aktyoru Murat Serezli Azərbaycana gəlib. 

Qaynarinfo xəbər verir ki, aktyoru vətənimizdə azərbaycanlı rejissor Kənan MM qarşılayıb. Kənan bu barədə sosial şəbəkədə bildirib. 

Rejissor "Savaşçı" serialında birgə rol aldığı Murat Serezli ilə xatirə şəkli də çəkdirib.

Qeyd edək ki, Murat Serezli "Savaşçı" serialında komandir Halil İbrahim Kopuz rolunu canlandırıb.