Sənət 09:15 13.03.2015

Məşhur türk muğənnisi evində ölü tapıldı

Türkiyənin məşhur sənətçisi Erol Büyükburç dünyasını dəyişib. 

Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Erol Büyükburç  telefon zənglərinə cavab verməyib, yaxınları narahat olublar. 79 yaşlı müğənni İstanbulda Etillər məhələsindəki evində ölü tapılıb. 

Polis məsələni araşdırmaya başlayıb.

Qeyd edək ki, bir müddət öncə müğənninin ürəyinə 3 stend qoyulmuşdu.

Qaynar.info