Sənət 17:15 21.01.2019

Məşhur türk serialında Qarabağ əməliyyatı (VİDEO)

Türkiyənin reytinq rekordu qıran "Savaşçı” serialının növbəti fraqmenti yayılıb.

Serialın 27 yanvarda yayımlanacaq seriyasında Qarabağdan bəhs edilir.

Türkiyə Silahlı Qüvvələrinin komandanı "Karon” ləqəbli terrorçunun zərərsizləşdirilməsi üçün "O şərəfsiz Qarabağ torpağına gömülmədən, heç bir əsgər kazarmaya qayıtmayacaq” deyə əmr edir.

Xüsusi təyinatlılar isə "Yaşasın Qarabağ, Yaşasın Türk dünyası, Yaşa Mübariz!” söyləyiblər. (Teleqraf.com)