Yaponiyanın "Tet İnternational Development" şirkətinin törəmə müəssisəsi olan "Zaqatala Agro İndustry" MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu hazırda 844 305,77 manat təşkil edir.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətdə səyyar vergi yoxlaması keçirilib və məsuliyyətə cəlbetmə qərarının nəticəsi olaraq şirkətə 653 909,75 manat əlavə vergi, 370 609 manat isə maliyyə sanksiyası hesablanıb.
"Zaqatala Agro İndustry” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əsədov Emin Hüseyn oğludur. O. "Zaqatala Agro İndustry” MMC-də direktor vəzifəsi tutur.
"Zaqatala Agro İndustry” MMC tütünçülük sahəsində fəaliyyət göstərir.
Seyid
Şərhlər