Video 21:36 03.09.2019

Məşhur videobloqqer "1xBet"i ifşa etdi (VİDEO)

Rusiyanın sosial şəbəkələrdə aktiv olan video-bloqerlərinin TOP-10-na daxil olan "SOBOLEV” Youtube kanalının müəllifi Nikolay Sobolev ən son videosunda 1xBet bukmeyker kontorunun əsl üzünü bütün çılpaqlığı ilə açıb.

"Finans.az” xəbər verir ki, video-bloqer etibarlılıq baxımından 1xBet-in Rusiyada fəaliyyəti qadağan olunmuş digər internet resursu Azino 777-dən heç bir fərqinin olmadığını vurğulayır.

"100 mindən çox izləyicisi olan istənilən bloqer insanları 1xBet-in qalaktikada ən etibarlı bukmeyker olduğuna indandırmağa çalışır. Lakin heç vaxt unutmayın ki, nə zamansa mərc etmiş heç kim sizə bu kontorda mərc etməyi məsləhət görməyəcək. O, Rusiya ərazisində rəsmi olaraq qadağan edilmiş loxotrondur. Əgər siz nə zamansa möcüzə nəticəsində bu bukmeykerdə nəsə udmuş olsanız, səhər yuxudan oyananda balansınızın sıfırlandığı görə bilərsiniz. Bunun necə baş verdiyini araşdırdıqda isə məlum olacaq ki, siz bütün gecəni hansısa ağlasığmaz nəticələrə mərc edərək bütün pulunuzu uduzmusunuz. Digər tərəfdən, nədənsə heç bir bloqer həmin yüksək əmsalların siz mərc etdikdən sonra oyun gedişatında dəyişə biləcəyini deməyə tələsmir”.

Video-bloqer aldadılanların 1xBet-in ofisinə gəldikdə isə tamamilə heçnə əldə edə bilmədiklərini vurğulayır:

"Bütün bunlardan sonra Rusiyada 1xBet-lə nə baş verdiyini bilirsiniz? Şikayətlər həddindən artıq çoxalandan sonra onlar sadəcə olaraq 1xставка adı altında gizləndilər. Lakin köhnə brend altında reklam olunmağa da davam etdilər. Baxmayaraq ki, hətta saytları oxşardır, yeni "brend” olduqlarına və 1xBet-ə heç bir aidiyyatlarının olmadığına oyunçuları inandırmağa çalışırlar. Hansı etibardan danışmaq olar? Şərhləri oxuyun, 1xBet-də mərc etmək dünən qonşu piştaxtada sizə iylənmiş nəsə satmış birindən bu gün pomidor almağa bərabərdir”.