Xəbər lenti

Məşhur yazıçı: «Biseksualam»
Dünya 11:19 15.10.2017

Məşhur yazıçı: «Biseksualam»

Dünya şöhrətli türkiyəli yazıçı Əlif Şəfəq biseksual olduğunu və qadınlardan xoşu gəldiyini açıqlayıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "TED Talks"da çıxış edən yazıçı "Biseksualam, amma bu günə qədər bunu ictimai yerdə dilə gətirmək cəsarətim olmayıb. Həmişə cinsi azlıqların, LGBT üzvlərinin hüquqları, qadın haqqları məsələsindəki problemləri dilə gətirmişəm. Lakin bu çıxışım haqqında düşünərkən lağ və nifrət hədəfi olmaqdan qorxduğum üçün biseksual olduğumu ictimai yerlərdə açıqlamadığımı anladım. Heç kim vəziyyətin qəlizliyinə görə səssiz qalmamalıdır." deyib.

1971-ci ildə Starsburqda doğulan Əlif Şəfəq "Eşq", "Əraf", "İsgəndər" və s. əsərləri ilə məşhurdur. "Eşq" romanı bu günə qədər "ən çox satılmış türk romanı" statusuna sahibdir. Yazıçı 2005-ci ildə Eyyub Canla evlənib, 2 övladı var.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->