Foto 22:36 11.05.2018

Məşhurlar “Ağsaqqal”ın toyuna yığışdı (FOTO/VİDEO)

Bu gün "Bozbash pictures” komandasının üzvlərindən olan Azər Baxşəliyevin toyudur.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, paytaxtın dəbdəbəli şadlıq saraylarından birində gerçəkləşdirilən toy mərasimi hələ də davam edir.

Toydan görüntüləri aktyorun şad gününə yığışan şou-əhli sosial media hesablarında paylaşıb.

Qeyd edək ki, "Ağsaqqal” obrazı ilə tanınan Azər Nigar adlı xanımla ailə qurur. Bir neçə il bundan əvvəl nişanlanan  cütlüyünün mayın 7-də nikahı olub.