İdman 17:30 25.01.2022

Messi Barselonada Xavi və Buskets ilə şam yeməyində

PSJ-nin hücumçusu Lionel Messi Barselonaya gəlib.

Qaynarinfo OnzeTv3-ə istinadla xəbər verir ki, dünən argentinalı Barçanın bəzi təmsilçiləri ilə restoranda nahar edib.

Jurnalist Helena Kondis Edo Messini Kataloniya klubunun baş məşqçisi Xavi və yarımmüdafiəçi Sergi Busketsin müşayiət etdiyini bildirib.

Dünən, yanvarın 23-də Messi Liqa 1-də "Reyms"lə matçda təxminən 30 dəqiqə oynayıb və məhsuldar ötürmə edib.

PSJ növbəti oyununu yanvarın 31-də keçirəcək. Parislilərin Fransa kubokunda rəqibi "Nitsa” olacaq.

Bu mövsüm 34 yaşlı hücumçu Liqa 1-də 12 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
 
Alpər