İdman 14:45 21.08.2013

“Messi ehtiyatda qalacaq”

“Lionel Messiyə bəzən istirahət verəcəm və ehtiyatda qalacaq. 

O, bunu qəbul etməlidi. Arada istirahət etməsi vacibdi. Onunla bu məsələdə razılığa gələcəyimizə inanıram. Amma bu o demək deyil ki, Messi səviyyəsində bir futboçlunu ardıcıl 5 oyunda ehtiyatda saxlayacam”. Bu sözləri “Barselona”nın baş məşqçisi Cerardo Martino deyib.

Argentinalı mütəxəssis bütün qərarları özünün verəcəyini bildirib: “Baş məşqçi mən olduğumdan, mənim qərarlarım əsasdı. Amma təbii ki, qərar verəmədən əvvəl oyunçumla da danışıram”.

Qaynar.info