İdman 14:59 11.07.2019

Messi "ilin futbolçusu" seçilib

"Barselona"nın futbolçusu Lionel Messi "ilin futbolçusu" seçilib və ESPY mükafatına layiq görülüb.

Qadın futbolçulardan ibarət ABŞ millisi "ilin komandası" mükafatını qazanıb. Aleks Morqan "ilin qadın idmançısı", Samanta Kerr isə "ilin qadın futbolçusu" seçilib.

Daha əvvəl ESPN, hazırda isə ABC telekanalı tərəfindən verilən ESPY mükafatının qalibləri müəyyənləşdirilərkən müxtəlif nominasiyalar üzrə mütəxəssislərin onlayn səsverməsinin nəticələri nəzərə alınır.