Video 14:02 17.05.2019

Messi Kataloniya hökuməti tərəfindən mükafatlandırıldı (VİDEO)

"Barselona"nın hücumçusu Lionel Messi Sant-Jordi (Müqəddəs Georgi) Xaçı ilə mükafatlandırılıb.

Təltifolunma mərasimi Barselonada baş tutub.

1981-ci il təsis olunan Sant-Jordi Xaçı Kataloniya hökuməti tərəfindən təqdim edilən ən böyük mükafatlardan biri hesab olunur.

Leo "instaqram" hesabında bu barədə paylaşım edib: "Məni Sant-Jordi Xaçı ilə mükafatlandırdığınıza görə təşəkkür edirəm. Katalon cəmiyyəti üçün bu qədər önəm ərz edən bir mükafata sahib çıxdığım üçün fəxr edirəm".

Messi Sant-Jordi Xaçına layiq görülən ikinci "Barselona"lı futbolçudu. Daha əvvəl katalon klubunun sabiq oyunçusu və məşqçisi Yohan Kroyff mükafatı qazanmışdı.