Argentinalı Lionel Messi 2022-ci il Dünya Çempionatının seçmə mərhələsində Boliviya yığmasına 3 qol vurub. Ondan başqa həmin oyunda heç kim qol vurmayıb, son qol isə 89-cu dəqiqədə vurulub.
Qaynarinfo xəbər verir ki, Messi bununla millidə vurduğu qolların sayını 79-a çatdırıb. Bu, ona Cənubi Amerika millisində 77 qol vuran braziliyalı Pelenin müvafiq rekordunu aşmağa imkan verib.
Seçmə mərhələnin növbəti oyununda Argentina Paraqvay ilə oynayacaq. Oyun oktyabrın 7-də baş tutacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər