İdman 13:43 22.08.2013

Messi yenə qorxutdu

"Barselano"nın futbolçusu Lionel Messi İspaniya superkubokunda "Atletiko" ilə ilk matçında yenidən azarkeşləri qorxudub.

Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu matçın 59-cu dəqiqəsində zədələndiyi üçün oyundan çıxmaq məcburiyyətində qalıb. Onu klubun yeni transferi Neymar əvəzləyib.

"Barselona"nın rəsmi tvitter səhifəsindən verilən açıqlamada futbolçunun bu gün tibbi müayinədən keçəcəyi bildirilib. Daha sonra isə oyunçunun son vəziyyəti haqqında məlumat veriləcək.

Qeyd edək ki, Messi La Liqanın ilk turunda "Levante" ilə oyunda da əvəzlənmişdi. Həkimlər bildirib ki, Messi gərgin oyun qrafiki səbəbindən həmin matçı sonadək oynaya bilməmişdi.

Qaynar.info