İdman 12:25 30.09.2013

Messidən yeni rekord


"Barselona"nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, La Liqada "Almeria" ilə matçda 21-ci dəqiqədə komandasının ilk qolunu vuran argentinalı hücumçu Kataloniya klubunda qollarının sayını 324-ə yüksəldib.
 
Bununla da, o, "Real"da (Madrid) ən çox qol vuran futbolçu Raul Qonzalesin 323 qolluq rekordunu qurub. Raul bu qolları 741 matça, Messi isə 388 oyuna vurub.

Qeyd edək ki, 25 yaşlı oyunçu "Almeria" ilə qarşılaşmada vurduğu qoldan sonra zədələnərək oyunu tərk etmək məcburiyyətində qalmışdı. Futbolçunun 3 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Qaynar.info