İdman 12:14 03.09.2017

Messinin "Barselona"dan ayrılacağı tarix açıqlandı (İDDİA)

Lionel Messinin "Barselona"dan ayrılacağı tarix açıqlanıb. "Qaynarinfo" xəbər verir ki, bu barədə İspaniyanın "Onda Cero" adlı radio proqramında məlumat verilib.

Bildirilib ki, müqaviləsinin müddətini uzatmayan Messi mövsümün sonunda azad agent olaraq komandanı tərk edəcək. Onun məhz buna görə yeni müqavilə imzalamadığı bildirilir. Argentinalı ulduzun artıq komandada xoşbəxt olmadığı deyilir. Futbolçu böyük ehtimalla sabiq baş məşqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə yollanacaq.

Qaynarinfo.Az